Sumqayıtda mənzildə kişi meyiti aşkarlanıb

Sumqayıtda mənzildə kişi meyiti aşkarlanıb
Sumqayıtda mənzildə 29 yaşlı kişinin meyiti aşkarlanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə məlumat daxil olub ki, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1990-cı il təvəllüdlü Həşimov Muxtar Oktay oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə