Gəncədə şübhəli şəxs saxlanıldı

Gəncədə şübhəli şəxs saxlanıldı
Gəncədə bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan SİA-ya verilən məlumata görə, mayın 28-də gecə saatlarında Gəncə şəhər sakini 33 yaşlı Elçin Əliyevin döş qəfəsinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunub. Polis əməkdaşlarının "isti izlər"lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, 29 yaşlı Röyal İbrahimov şübhəli şəxs qismində saxlanılaraq maddi sübutla birgə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib. Faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə