Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlanıb

Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda "QAZ 32213" markalı avtomobilə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "QAZ 32213" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsininə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı avtomobilin salonundan - dam örtüyünün altından 26 000 ədəd "King" və 1000 ədəd "Parliament Silver Blue" markalı siqaretlər aşkarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə