Moskva metrosunda fövqəladə hadisə: 700 sərnişin təxliyə edilib

Moskvada tuneldə qalmış üç qatardan sərnişinlərin təxliyəsi başa çatdırılıb.

SİA Rusiya KİV-lərinə istinadla xəbər verir ki, qatarların dayanmasına səbəb kimi kontakt relsində gərginliyin itməsi göstərilib. Nəticədə “Park Pobedı” dayanacağından “Savelovskaya” dayanacağınadək qatarların hərəkəti dayandırılmış, üç qatar tuneldə qalmışdı. Onlardan birincisindən 300, ikincisindən 462, digərindən 400 nəfər təxliyə edilib.

Hadisənin dəqiq səbəbləri bir həftə ərzində açıqlanacaq

Bütün xəbərlər Facebook səhifəmizdə