Azərbaycanda təhsil alan türkiyəli universitet tələbələrin avtobusu dərəyə yuvarlanıb

Azərbaycanda təhsil alan türkiyəli universitet tələbələrin avtobusu dərəyə yuvarlanıb

Azərbaycanda təhsil alan türkiyəli universitet tələbələrini aparan avtobus Türkiyənin Hakkari-Şırnak yolunda körpüdən dərəyə yuvarlanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə bu səhər yerli vaxtla saat 06.00-da Çimenli kəndinin yaxınlığında baş verib. Hündürlüyü 7 metr olan körpüdən aşan avtobusdakı tələbələrdən 16-nın 14-ü xəsarət alıb. Hazırda onlar Hakkari Dövlət Xəstəxanasına çatdırılıblar.

 

Qeyd edək ki, Azərbaycanda təhsil alan türkiyəli universitet tələbələri tətili keçirmək üçün Türkiyəyə gediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə