Lənkəran şəhərində soyğunçuluq edən şəxs yaxalanıb. Rayon Polis Şöbəsinin baş müstəntiqi Rövşən Rəşidovun SİA-nın cənub bürosuna verdiyi məlumata görə, bu gün saat 12:00 radələrində Lənkəran Mərkəzi Bazar ərazisində şəhər sakini, 28 yaşlı Elşən Əsədullayev Lənkəran rayon Şağlaküçə kənd sakini Zöhrə Əliheydər qızı Abdullayevanın əlindən 120 manata yaxın pulunu ələ keçirib qaçmaq istəyərkən yaxınlıqdakı polis əməkdaşı tərəfindən yaxalanıb.
Qeyd edək ki, artıq Elşən Əsədullayev barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əlavə edək ki, o əvvəllər AR CM-nin 234.1-ci maddəsi ilə məhkum olunub. Narkotika aludəçisi olan E.Əsədullayev barəsində Lənkəran şəhər polis şöbəsində AR CM-nin 29, 180.1-ci (soyğunçuluq, yəni özgənin əmlakını açıq talama) maddələri ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB