Bakıdan Gürcüstana mazut daşıyan yük qatarı qəzaya uğrayıb- FOTOSLAYD
Bakı şəhərindən Gürcüstana yük və mazut daşıyan qatar qəzaya uğrayıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, bu gün səhər saatlarında Dəliməmmədli stansiyasında baş verən hadisə zamanı əsasən içərisində mazut olan 5 vaqon relsdən çıxıb. Xoşbəxtlikdən hadisədə xəsarət alan olmayıb. Qəza ətraf ərazilərə də zərər vurmayıb.
Hadisə yerinə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Qərb İstiqaməti üzrə Yükdaşımaları Departamentinin rəsmiləri və digər mütəxəssislər cəlb olunub. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, dəqiq məlum deyil. Ancaq qatarların hərəkəti dayanmayıb.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Qərb İstiqaməti üzrə Yük Daşımaları İstehsalat Birliyinin Koordinatoru Füzuli Kərimov SİA-ya bildirib ki, qəzaya səbəb kimi pis hava şəraiti də əsas göstərilir. Ancaq bu hələ ilkin ehtimallardır.
Son olaraq əldə etdiyimiz məlumatda isə bildirilir ki, qəza aradan qaldırılıb və qatarların Gürcüstana hərəkəti bərpa olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB