Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Şirvan bürosunun məlumatına görə, saat 20:00 radələrində Şamaxı-Pirqulu yolu ilə Şamaxı istiqamətində hərəkətdə olan "VAZ-2107" markalı minik maşını idarəetməni itirərək yoldan çıxıb və aşıb.
Nəticədə maşında olan 3 yaşlı uşaq hadisə yerində dünyasını dəyişib, valideynləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dərhal yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB