Göygöldə qadının üzərinə benzin töküb yandırdılar

Göygöldə yaşlı qadının üzərinə benzin töküb yandırıblar. SİA-nın bölgə müxbiri xəbər verir ki, qadın ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Hazırda vəziyyətinin olduqca ağır olduğu, bədənin 2/3 hissəsi yanıb. Həkimlər xəstəyə 3-cü dərəcəli yanıq diaqnozu qoyublar. Hazırda qadının Bakıya aparılması gözlənilir.

İlkin məlumata görə, Şamama Abiyeva qonşu Rasim Quliyev adlı şəxs tərəfindən üzərinə benzin tökərək yandırılıb. Polis həmin şəxsin axtarışına başlayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma davam etdirilir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə