İmişli rayonunda 29 yaşlı gənc oğlan intihara cəhd edib. "Report" xəbər verir ki, un Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə dünən axşam saat 19:00 radələrində rayonun Bəhrəmtəpə qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Ə.C. yaşadığı evin həyətində olan hamamda özünü asaraq intihara cəhd edib. Xöşbəxtlikdən yaxınları hadisədən xəbər tutub və dərhal Ələkbəri xilas ediblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım qrupu gəlib. Ə.Cahangirov İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB