Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. "Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 2008-ci il təvəllüdlü Qurbanlı Nasir Elçin oğlu minik avtomobili tərəfindən vurulub.
Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB