Astara rayonunda bıçaqlanma hadisəsi baş verib. Astara Rayon Polis Şöbəsindən SİA-nın cənub bürosuna verilən məlumata görə, hadisə rayonun Şahağacı kəndində, Bakı-Astara dəmiryolunun yaxınlığında qeydə alınıb.
1990-cı il təvəllüdlü Elvin Xanağa oğlu Mövsümov həmkəndlisi Elnur Xanoğlan oğlu Əsədullayevə bıçaqla iki dəfə zərbə endirib. Ağır xəsarət alan E.Əsədullayev dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin sözlərinə görə, onun vəziyyəti ağır olaraq qalır.
Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi ehtimal edilir.
Həmkəndlisini yaralayan E.Mövsümov isə hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində tədbirlər görülür. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə