Bakıda avtomobil təmiri sexi yanıb

Bakıda avtomobil təmiri sexi yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Binəqədi rayonunda ümumi sahəsi 114 m² olan tikilinin (avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) içərisində işlənmiş ehtiyat hissələri 4 m² sahədə yanıb.

Tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə