Lənkəranda məscidlərdən oğurluq edən dəst yaxalanıb. Rayon Polis Şöbəsindən SİA-nın cənub bürosuna verilən məlumata görə, naməlum şəxslər tərəfindən Lənkəran şəhərindəki Kiçik Bazar məscidi, Aşağı Nüqədi kənd məscidi və Şovu kəndindəki Babarəhim ocağındakı nəzir qutularının oğurlanması barədə məlumat daxil olub.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən məscidlərdən oğurluq edən şəxslərin tapılması istiqamətində təcili axtarış tədbirləri başlanıb. Nəticədə Lənkəran rayon sakinləri - 1990-cı il təvəllüdlü Tural Əflatun oğlu İsmayılov, 1986-cı il təvəllüdlü Fərahim Afərin oğlu Vəliyev və 1990-cı il təvəllüdlü Aleksndr Konstantinoviç Karakulya şübhəli şəxs qismində saxlanılaraq tutulublar.
Hazırda dəstənin digər oğurluq hallarında əli olub olmadığı araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB