Bakının Suraxanı rayonu ərazisində zəncirvari yol qəzası baş verib. "Report" xəbər verir ki, Yeni Ramana qəsəbəsi ilə Şuşa şəhərciyi istiqamətində hərəkətdə olan "20-DE-409" dövlət qeydiyyat nişanlı avtomobilin idarəetmədən çıxması nəticəsində 5 maşın toqquşub.
Nəticədə bir nəfər xəsarət alıb, həmçinin avtomobillər yararsız hala düşüb. Hadisəni törədən sürücünün sərxoş olduğu bildirilir. Əraziyə DYP və PPX əməkdaşları cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB