Yük maşını aşıb: 12 ölü

Çinin Çjetszyan əyalətində kənd təsərrüfatında çalışan yük maşınının aşması nəticəsində 12 nəfər ölüb, 11 nəfər isə yaralanıb.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, yük maşını bazar günü Venlin şəhərində aşıb. Hadisə yerində 8 nəfər həlak olsa da, daha 4 nəfər xəstəxanada dünyasını dəyişib.

Hadisənin səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə