Hacıqabuda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Aran bürosu xəbər verir ki, hadisə dünən axşam saatlarında Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində,"Qədirxum" restoranı yaxınlığında qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Nissan” markalı avtomobil arxadan “Toyota” markalı avtomobilə çırpılıb. Nəticədə Ağdam rayon sakini, 1950-ci il təvəllüdlü Abbasova Nüşabə Xurşud qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB