Kafedə atışma: 10 yaralı var

Türkiyənin Konya şəhərinin cənubundakı Səlcuqlu rayonunda kafedə baş vermiş atışmada ən azı 10 nəfər yaralanıb.

SİA-nın Türkiyə kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, hadisə kafedə insanların çox olduğu bir vaxtda baş verib.

Əvvəlcə kafedə əyləşənlərdən iki nəfər öz aralarında mübahisə etməyə başlayıblar və bu mübahisənin sonu əlbəyaxa dava ilə nəticələnib. Daha sonra onlardan biri silah götürərək geri dayıdıb və kafedə kortəbii şəkildə atəş açmağa başlayıb.

Zərərçəkənlər Səlcuq Universitetinin tibb fakltəsinə yerləşdiriliblər. Hadisəni törədən şəxslər qaçmağa nail olublar. Polis axtarış tədbirlərini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə