Myanmar Beynəlxalq Hava Yollarına aid “Embraer-190” sərnişin təyyarəsi ön təkərlərinin açılmaması səbəbindən arxa təkərləri üzərində məcburi eniş edib.
SİA-nın “sözcu.com.tr” saytına istinadən verdiyi xəbərə görə, eniş zamanı təyyarənin burun hissəsinin yerə sürtülməsi səbəbindən ətrafa qığılcımlar sıçrayıb.
Mandalay Beynəlxalq Hava Limanının sözçüsü Kyau San bildirib ki, paytaxt Yangondan qalxan təyyarənin göyərtəsində 82 sərnişin və ekipaj üzvü olub. Maraqlıdır ki, hadisə nəticəsində zərəzçəkənlərin olmadığı bildirilib. Kyau Sanın sözlərinə görə, bir müddət “Boeing” və “Airbus” markalı təyyarələrin iri tutumluları hava limanının xidmətindən istifadə edə bilməyəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB