Göyərtəsində əksəriyyəti rus turistlərinin olduğu “Azurair” aviakompaniyasına məxsus təyyarə Vyetnam Kamranına geriyə qayıdıb.
SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, buna səbəb yağ filtrindəki çatışmazlığı bildirən siqnalizasiyanın işə düşməsi olub.
Hava layneri Novokuznetsk istiqamətində uçuş edirmiş. Qeyd olunan nasazlıq səbəbindən geri dönməyə məcbur olan təyyarə yenidən Kamran aeroportuna qayıtmalı olub. Təyyarənin ekipajı tərəfindən eniş normal həyata keçirilib. Hal-hazırda texniki xidmətlər təyyarəyə baxış keçirirlər.
Bütün sərnişinlər mehmanxanaya yerləşdirilib və yeni uçuş vaxtı təyin edildikdən sonra onlar hava limanına gətiriləcəklər.
Qeyd edək ki, mayın 5-də Moskvadan Murmanska uçan “Sukhoi Superjet 100” təyyarəsi 28 dəqiqə sonra əlverişsiz hava səbəbindən məcburi eniş edib. Ekipaj yalnız ikinci cəhddən sonra təyyarəni endirməyə nail olub. Enmə zamanı təyyarənin əsas dirəkləri qırılıb və mühərriklərində yanğın baş verib. Faciə nəticəsində 2-si azyaşlı və 1-i ekipaj üzvü olmaqla 41 nəfər həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB