Bakıda prospektdə qəza oldu

Bakının Heydər Əliyev, Şah İsmayıl Xətai prospektləri ilə Yusif Səfərov keçəsinin kəsişməsində iritonajlı yük avtomobili qəza törədib. Bakı Nəqliyyat Agentliyindən SİA-ya bildirilib ki, bu səbəbdən də hazırda Heydər Əliyev prospektində şəhər istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

"Həmin istiqamətdə hərəkət edən sürücülərdən bunu nəzərə almalarını xahiş edirik", - deyə məlumatda qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə