Yevlaxda beşotaqlı ev yanıb

Yevlaxda güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildiriblər ki, hadisə rayonun Balçılı kəndində ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli, 5 otaqlı evdə qeydə alınıb. Nəticədə ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə