Sumqayıtdakı qəzada 5 nəfər həyatını itirib

Sumqayıtdakı qəzada 5 nəfər həyatını itirib

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində “Mercedes” markalı minik avtomobili ilə “Shacman” markalı yük avtomobili toqquşub.

SİA-nın məlumatına görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 5 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qəzada həlak olanların hamısı “Mersedes” markalı maşının Şabran rayonundan olan sakinləridir. Bunlar – 1987-ci il təvəllüdlü Nuriyev Vİdadi Mövlud oğlu, 1960-cı il təvəllüdlü Qasımov İlham Məmmədtağı oğlu, 1972-ci il təvəllüdl Məmmədov Amil Seyidbəy oğlu, 1967-ci il təvəllüdlü Musayeva Məhbubə və 1974-cü il təvəllüdlü Musayev Saleh Xəlil oğludur.

Qeyd edək ki, dünyasını dəyişənlərdən 4-ü iki ailənin üzvləri imiş və onlar Goranboy rayonundan əsgər görüşndən qayıdırmışlar.

Bütün xəbərlər Facebook səhifəmizdə