Qazaxıstanda 5.2 bal gücündə zəlzələ

Qazaxıstanda 5.2 bal gücündə zəlzələ

Qazaxıstanın Almatı bölgəsində 5.2 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin məlumatına görə, yeraltı təkanlar Almatı şəhərindən 356 kilometr şimal-şərqdə qeydə alınıb.

Yeraltı təkanın dərinliyi 10 kilometr olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə