Kabulda baş verən partlayış nəticəsində zərərçəkənlərin sayı 12 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstanın Səhiyyə Nazirliyinin nümayəndəsi Vahidulla Mayar açıqlayıb.Bundan əvvəl 9 nəfərin ziyan çəkdiyi bildirilirdi.
“Kabulda baş verən partlayış nəticəsində ən azı 12 nəfər xəstəxanalara çatdırılıb”, - deyə Mayar qeyd edib.
Əfqanıstanın Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəsrət Rəhimi açıqlamasında bildirib ki, partlayışın səbəbi ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən qurulan Counterpart International humanitar təşkilatının binası olub.
Qeyd edək ki, güclü partlayış Kabulun Şəhriy-Nav rayonunda atəş səslərindən sonra baş verib. “Taliban” partlayışa görə məsuliyyət daşıdığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB