Yataqxanada yanğın baş verib

Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən Dərnəgül-3 saylı yataqxanada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, yataqxanada yaşayış olmayıb. Hadisə beşmərtəbəli yataqxananın 4-cü mərtəbəsində qeydə alınıb.

Həmin mərtəbədə yığılmış zibil qalıqlarında yanğın baş verib. Hadisə yerinə FHN-nin dövlət yanğından mühafizə bölmələrinin əməkdaşları cəlb olunub. Hadisə nəticəsində 5 kv.m. sahə yanıb. FHN-nin yanğından mühafizə bölmələri tərəfindən yanğınnın qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə