Sosial şəbəklərdə mayın 5-də Moskvanın “Şeremetyevo” hava limanında qəzaya uğramış “Aeroflot” şirkətinə məxsus SSJ100 təyyarəsi ilə bağlı müzakirələr davam edir.
SİA-nın məlumatına görə, sosial şəbəkələrdə yayılmış şəkillərdən birində pilotlardan biri kabinədən tros vasitəsilə çıxmağa cəhd göstərir. Digər şəkildə isə pilot təyyarənin pilləkənsiz trapı vasitəsilə içəri daxil olmağa cəhd edir.
Təyyarənin ekipaj komandiri Denis Yevdokimovun atası Aleksandr Yevdokimov Rusiya telekanallarından birinə açıqlamasında bildirib ki, oğlu əvvəlcə ikinci pilota təyyarəni ön pəncərədən tərk etmək göstərişi verib. Özü isə son ana qədər təyyarədə olub. Hal-hazırda Denis Yevdokimov Moskvada Sklifosovski adına elmi-tədqiqat institutunda yanıq maddələrindən zəhərlənmə diaqnozu ilə müalicə olunur.
Rusiya xəbər saytlarının verdiyi xəbərə görə, ikinci pilot təyyarənin uçuş sənədlərini xilas etməyə nail olub.
Qeyd edək ki, Moskvadan Murmanska uçan “Sukhoi Superjet 100” təyyarəsi 28 dəqiqə sonra əlverişsiz hava səbəbindən məcburi eniş edib. Ekipaj yalnız ikinci cəhddən sonra təyyarəni endirməyə nail olub. Enmə zamanı təyyarənin əsas dirəkləri qırılıb və mühərriklərində yanğın baş verib. Faciə nəticəsində 2-si azyaşlı və 1-i ekipaj üzvü olmaqla 41 nəfər həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB