Gəncədə yaşayış evi yanıb- FOTOSLAYD

Gəncədə yaşayış evi yanıb- FOTOSLAYD

Gəncə şəhərində yanğın hadisəsi qeydə alınıb. Şəhərin general Şıxlinski küçəsi, 35 nömrəli ünvanda baş verən yanğın zamanı evin bir hissəsi tamamilə yararsız vəziyyətə düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb olunub.

Saat 10.45 radələrində baş verən yanğın təxminən 1 saat sonra söndürülüb. Binanın tavan hissəsinin qarğı və samandan olması alovun gec söndürülməsinə səbəb olub.

Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Yanğın Nəzarət bölməsinin rəisi Təvəkkül Verdiyevin SİA-ya bildirdiyinə görə, hazırda hadisənin başvermə səbəbləri haqqında dəqiq məlumat yoxdur. Ancaq ilkin ehtimallara görə yanğın elektirik naqillərində baş verən qısaqapanma nəticəsində meydana gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə