Boks həvəskarlarının təyyarəsi qəzaya uğrayıb

Boks həvəskarlarının təyyarəsi qəzaya uğrayıb

Meksikada şəxsi təyyarə qəzaya uğrayıb.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, xilasedicilər Bombardier Challenger 601 təyyarəsinin qalıqlarını tapıblar.

Təyyarəni Meksikanın Koauila ştatında Monklova rayon bələdiyyəsinin ərazisində tapıblar. Qəza nəticəsində 11 sərnişin və 3 heyət üzvü həlak olub.

Təyyarə Las-Veqasdan Monterraya uçurmuş. Sərnişinlər isə Las-Veqasdakı boks yarışına baxmaqdan qayıdırmışlar.

Bütün xəbərlər Facebook səhifəmizdə