NATO-ya üzv ölkələrdən birinin əsgəri Estoniyanın Sillamyae şəhərində keçirilən “Bahar fırtınası-2019” adlı təlimlər zamanı əlindəki qumbaraatanla İkinci Dünya müharibəsi zamanı həlak olmuş şəxslərə həsr olunmuş abidənin üzərində mövqe tutub.
SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, Sillamyae şəhər yığıncağının deputatı Oleq Kultayev xəbər verib.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanları hərbçini yerə düşməyə məcbur ediblər. Lakin onun hansı ölkəni təmsil etməsi barədə məlumat verilməyib.
Qeyd edeək ki, Estoniya, NATO və bu hərbi alyansın müttəfiq dövlətlərinin 9 min nəfərdən ibarət hərbçisinin iştirak etdiyi NATO-nun “Kevadtorm-2019” (“Bahar fırtınası-2019”) təlimləri aprelin 29-da başlayıb və mayın 17-dək davam edəcək. Təlimlər, əsas etibarilə, Estoniyanın şimal-şərqində - Rusiya ilə sərhədin yaxınlığında keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB