Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun 201-ci kilometrliyində- Lənkəran rayonunun Digah kəndindən keçən hissəsində qeydə alınıb.
Lənkəran şəhər sakini, 22 yaşlı Zamin Zahid oğlu Rzayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərkətdə olarkən rayonun Şilavar kənd sakini 21 yaşlı İmran Adil oğlu Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB