Filippin sahillərindən 5.5 bal gücündə zəlzələ baş verib. SİA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Geoloji xidməti məlumat açıqlayıb. Yeraltı təkanlar gecə saatlarında baş verib. Zəlzələnin episentri şimali İlokos əyalətindən Luzon adasının şimal sahilində yerləşən Laoaq şəhərindən 67 kilometr cənub-qərbdə yerləşib. Ocaq 48 kilometr dərinlikdə olub. Dağıntı və qurbanlar haqqında məlumat daxil olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB