“Şeremetyevo”da 80-dən çox uçuş ləğv edilib

“Şeremetyevo”da 80-dən çox uçuş ləğv edilib

Moskvada “Şeremetyevo” hava limanında SSJ100 təyyarəsinin qəzaya düşməsi 80 reysin təxirə düşməsi və gecikməsinə səbəb olub. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, “Vnukova” hava limanında iki reys yubanıb, iki reys isə təxirə salınıb, “Domodedova” da 6 reys yubanıb, 7-si isə təxirə salınıb. “Şeremetyevo” hava limanında isə 71 reys təxirə düşüb.

Qeyd edək ki, mayın 5-də Moskvadan Murmanska uçan “Aeroflot” aviaşirkətinə məxsus "Sukhoi Superjet 100" (SSJ-100) sərnişin təyyarəsi təcili geri qayıdıb və "Şeremetyevo" hava limanına qəza enişini edən zaman yanmağa başlayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə