Təyyarə faciəsi: 13 ölü, 28 nəfər haqqında məlumat yoxdur

Təyyarə faciəsi: 13 ölü, 28 nəfər haqqında məlumat yoxdur

Rusiya paytaxtı Moskvanın “Şeremetyevo” Hava Limanındakı təyyarələrdən birində yanğın baş verib.

SİA-nın məlumatına görə, yanğın baş verən təyyarədə 78 nəfər sərnişin və ekipaj üzvləri olub.

Hadisə zamanı 5 nəfərin xəsarət aldığı bildirilir. Təyyarədəki 78 nəfərin hamısı evakuasiya olunub.

Moskva Regionlararası İstintaq İdarəsinin müstəntiqləri artıq hadisə yerindədirlər.

***

İstintaq Komitəsi 13 nəfərin, o cümlədən 2 uşağın həlak olması haqqında məlumat verib.

Qeyd edək ki, Moskvadan Murmanska uçan təyyarə 28 dəqiqə sonra əlverişsiz hava səbəbindən məcburi eniş edib. Ekipaj yalnız ikinci cəhddən sonra təyyarəni endirməyə nail olub. Enmə zamanı təyyarənin əsas dirəkləri qırılıb və mühərriklərində yanğın baş verib.

İstintaq komitəsinin məlumatına görə, 28 nəfərin taleyi məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə