Yunanıstan prezidenti Prokopis Pavlopulosun təyyarəsi Krit adasının qərbindəki İraklion şəhərində məcburi eniş edib.
SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, buna güclü külək və qeyri-sabit hava şəraiti səbəb olub.
Hanya şəhərinə getməli olan prezident məcburən avtomobildən istifadə etməli olub.
Qeyd edək ki, qasırğalı və yağışlı hava səbəbindən Afina və Hanya şəhərlərindəki aeroportlarda bir neçə reys qadağan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB