Bakıda 4 otaqlı evdə yanğın olub

Bakıda 4 otaqlı evdə yanğın olub

Bakıda yanğın qeydə alınıb. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, şəhərin Sabunçu rayonunda ümumi sahəsi 108 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 m² sahədə, içərisində 1 ədəd kondisioner, digər otaqların taxtadan ibarət qapıları və bitişik ümumi sahəsi 12 m² olan talvarın yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan digər otaqlar və dəhliz 65 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə