Kürdəmirdə "Mercedes" avtomobili avtokrana çırpılıb

Kürdəmirdə "Mercedes" avtomobili avtokrana çırpılıb

Kürdəmir rayonunda yol qəzası baş verib. "Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 190 km-də, rayonun Atakişili kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil avtokrana çırpılıb. Nəticədə Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Nağıyev Elvin Cavanşir oğlu xəsarət alıb. Yaralıya yerində ilkin tibbi yardım göstərildikdən sonra ambulator müayinəyə buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə