"Neapol" dairəsində 23 yaşlı gənci maşın vurub

"Neapol" dairəsində 23 yaşlı gənci maşın vurub

Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə "Neapol" dairəsində qeydə alınıb.

Belə ki, 10-NE-255 dövlət nişanlı, "Chevrolet Niva" markalı avtomobil 1986-cı il təvəllüdlü Əliyev Ceyhun Şamil oğlunu vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə