Rusiyanın “Şeremetyevo” Hava Limanında təyyarə yük maşını ilə toqquşub.
SİA-nın Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, yük maşını “Nordvind Airlines” aviakompaniyasına məxsus hava gəmisi ilə toqquşub. Ehtimal olunur ki, hadisəyə səbəb yük maşınının sürücüsünün sükan arxasında yuxulaması olub.
Hava limanından bildirilib ki, hadisə təyyarənin ona ayrılmış park yerində hərəkətsiz durduğu zaman baş verib. Təyyarənin göyərtəsində hətta ekipaj üzvləri belə olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB