Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə dünən axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İran İslam Respublikası vətəndaşı, 1970-ci il təvəllüdlü Əxbəri Cabir Qaçay oğlu idarə etdiyi ağırtonnajlı yük maşını ilə hərəkətdə olarkən anidən idarəetməni itirib və dəmir-beton maneyəyə çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı arşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB