Gəncədə narkotika alveri ilə məşğul olan şəxslər tutulub- FOTOSLAYD

Gəncədə narkotika alveri ilə məşğul olan şəxslər tutulub- FOTOSLAYD

Gəncə şəhərində narkotik vasitələrin qanunsuz saxlanması və istifadəsi ilə məşğul olan iki nəfər həbs olunub. Kəpəz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Füzuli rayon sakini, hazırda isə Samux rayonunda məskunlaşan 1978-ci il təvəllüdlü Ağayev Rövşən Bəyəndik oğlu və Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Rüstəmov Xəyaləddin Aslan oğlu tutulub.

Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsinin rəis müavini Oqtay Mərdanovun SİA-nın bölgə müxbirinə bildirdiyinə görə, hüquq-mühafizə orqanı əməkdaşları birinci şəxsin üzərindən 23, ikincidən isə 20 qramdan artıq narkotik vaistə olan heroin götürüblər. İlkin ifadələri zamanı Rövşən Ağayev narktotik vasitəni paytaxtda Şahin adlı şəxsdən aldığını bildirib. Xəyaləddin Rüstəmov isə qadağan olunan bitkini Kür çayı sahilindən yığdığını və qurudub istifadə etdiyini deyib. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Araşdırma aparılır. Xatırladaq ki, hər iki şəxs əvvəllər də bir neçə dəfə məhkumluq həyatı yaşayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə