Suraxanıdakı yol qəzasında qadın və uşaq xəsarət alıb

Suraxanıdakı yol qəzasında qadın və uşaq xəsarət alıb

Bakının Suraxanı rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, qəza "Viola" gül dükanı yaxınlığında qeydə alınıb.

Hadisə nəticəsində 1958-ci il təvəllüdlü Nəcəfova İradə Hüseyn qızı və 8 yaşlı Əlizadə Rinat Ramiq oğlu xəsarət alıblar. Yaralılar 3 saylı Mərkəzi Klinik Xəstəxanaya yerləşdiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə