Nizami RPİ-nin 25-ci Polis Bölməsinə Q.Qarayev prospektindəki mağazaların birindən 10 ədəd mobil telefonun oğurlanması barədə müraciət daxil olub. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmış və oğurluğun mağazanın qapısını gərib açmaq yolu ilə törədildiyi müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini S.Pənahov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB