Yasamalda iki taksi sürücüsü dalaşıb

Yasamalda iki taksi sürücüsü dalaşıb

Bakıda iki taksi sürücüsü arasında dava olub. "Report" xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib. 1978-ci il təvəllüdlü Elnur Şahverdiyev digər sürücü (onun ad və soyadı hələ məlum deyil - red) tərəfindən döyülərək qapalı-kəllə bəyin travması alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə