Sumqayıtda qadını maşın vurub

Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, şəhərin Koroğlu prospekti, 29/26 (9 mkr ərazisi) ünvanında "Hyundai Sonata" markalı avtomobil yolu keçmək istəyən orta yaşlı qadını vurub.

Hadisə şahidlərinin məlumatına görə, əraziyə polis və "təcili yardım" maşınları gəlib. Yaralının şəxsiyyəti dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə