Masazırda silahlı hadisə 3 nəfər qırma yarası aldı

Masazırda silahlı hadisə 3 nəfər qırma yarası aldı
Abşeron rayonunun Masazır qəsəbəsində gecə saatlarında silahlı insident baş verib. SİA-nın məlumatına görə, odlu silahdan açılan atəş nəticəsində üç nəfər çoxsaylı qırma yarası alıb. Hadisə nəticəsində 1994-cü il təvəllüdlü Kamran Qasımov, 1990-cı il təvəllüdlü Məmməd Talıbov və 1980-ci il təvəllüdlü Zaur Gəncəliyev çoxsaylı qırma yarası alıblar. Xəsarət alanlar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər. İlkin məlumata görə, atəş açan şəxs yaşayış komplekslərindən birinin komendantıdır. Hadisənin ilkin səbəbi olaraq mübahisə göstərilir. Faktla bağlı təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə