Göygöldə ölümlə nəticələnən yol qəzası olub

Göygöldə ölümlə nəticələnən yol qəzası olub

Göygöl rayonundə ölümlə nəticələnən avtomobil qəzası baş verib. "Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Balçılı kənd sakini, 1996-cı il təvəllüdlü Quliyev Şəhriyar Tağı oğlunun idarə etdiyi "Ford tranzit" yük maşını maneəyə çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə