Tərtərdə intihar hadisəsi baş verib

Tərtərdə intihar hadisəsi baş verib

Tərtər rayonunda intihar hadisəsi baş verib. "Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə Evoğlu kəndində yerləşən meşə zolağında qeydə alınıb.

Rayonun Qaraqoyunlu kənd sakini, 1989-ci il təvəllüdlü Məmmədov Nicat Rafet oğlu özünü ağacdan asaraq intihar edib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, bu, rayonda gün ərzində baş verən ikinci intihar hadisəsidir. Bu gün Tərtərdə 25 yaşlı gənc dəintihar edib.

Bütün xəbərlər Facebook səhifəmizdə