Hindistanın şımalındakı Himaçal-Pradeş ştatında şəxsi avtobusun dərəyə aşması nəticəsində ən azı 12 nəfər həlak olub.
SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, hadisə Çamba əyalətində baş verib. Əvvəlcə 8 nəfərin həlak olduğu bildirilsə də sonradan ölü sayı 12-yə çatıb.
Qəzanın səbəbləri hələlik məyyənləşməyib. Polis hadisənin istintaqına başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB