Türkiyədə ağır yol qəzası 7 ölü

Türkiyədə ağır yol qəzası  7 ölü

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA "Hurriyet"ə istinadən xəbər verir ki, hadisə İzmir şəhərinin Buca rayonuna bağlı Kaynaklar məhləsində qeydə alınıb.

Belə ki, iki avtomobil toqquşması nəticəsində 7 nəfər ölüb, 1 nəfər yaralanıb.

Ölənlərdən biri körpə, üçü isə azyaşlı uşaqdır.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə